Press "Enter" to skip to content

“Təhsil” Respublika İdman Mərkəzinin üzvlərinin beynəlxalq uğuru

Son yeniləmə: 14 Aprel 2022 12:22

Bayraqdar.info – Gürcüstanın Tbilisi şəhərində 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında futbol idman növü üzrə “Tbilisi Kuboku-2022” beynəlxalq turnir keçirilib.

Təhsil Nazirliyindən aprelin 14-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, həmin yarışa Gürcüstan, Qazaxıstan və Azərbaycandan 8 komanda qatılıb. Turnirin nəticəsinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin birinci komandası qızıl, ikinci komandası gümüş medala layiq görülüb. Qazaxıstan komandası isə III yeri tutub.

Mission News Theme by Compete Themes.