Son yeniləmə: 14 Aprel 2022 17:55
Bayraqdar.info – 2022-ci il aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 683 min 231 təşkil edib.
Bu barədə bayraqdar.info-ya aprelin 14-də Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,2 faiz artıb və 35 min 807 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 184 min 610 təşkil edib.