Press "Enter" to skip to content

Oğlanlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları

Florbol yarışları

Son yeniləmə: 14 Aprel 2022 09:11

Bayraqdar.info – Aprelin 13-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçirilib. “Şağan” Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil edilən turnirə 12 komanda qatılıb.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 3 divizion üzrə baş tutan yarışın ən güclü divizionunda məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası birinci yeri tutub. İkinci yerdə Xəzər rayonu Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin, üçüncü pillədə isə Xəzər rayonu, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandaları qərarlaşıblar.

“Yarışda xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan oğlanlar 100-ə yaxın atlet iştirak edib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.