Son yeniləmə: 14 Aprel 2022 11:55
Bayraqdar.info – Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması, telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı kadr kimi yetişməsi məqsədilə mobil operator “Nar” Naxçıvan şəhərində növbəti dəfə “Mobil rabitənin əsasları” təlimini keçirib.
Bu barədə bayraqdar.info-ya verilən məlumatda deyilir: “Bu dəfəki təlim mobil standartların arxitekturası, şəbəkə avadanlıqlarının iş prinsipi kimi geniş mövzuları əhatə edirdi. Naxçıvan şəhərində ikinci dəfə keçirilən “Mobil rabitənin əsasları” təlimi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət universitetində keçirilib. Təlimdə universitetin müəllim və tələbələri ilə yanaşı, sözügedən nazirliyin əməkdaşları da iştirak ediblər”.
Qeyd olunub ki, telekommunikasiya və informasiya təhlükəsizliyinin artan strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların hazırlanması üçün “Nar” bu təlimləri davamlı olaraq həyata keçirir: “Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən tələbələr “Nar” tərəfindən sertifikatla təltif edir”.
Daha sonra bildirilir ki, bu günədək 300-dən çox tələbənin qatıldığı “Mobil rabitənin əsasları” təlimləri“ Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil operatorun digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatıburadan əldə edə bilərsiniz.