Son yeniləmə: 14 Aprel 2022 12:58
Bayraqdar.info – “Farmvet” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istifadə müddəti bitmiş, ümumi çəkisi 2 min 604 kq, 8 adda baytarlıq preparatı “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə aprelin 14-də bayraqdar.info-ya AQTA-dan məlumat verilib.
“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır”, – deyə qurumdan qeyd olunub.