Press "Enter" to skip to content

“Mədəni yenilənmə” olacaq

Son yeniləmə: 14 Aprel 2022 09:19

Bayraqdar.info – “Mədəni yenilənmə” layihəsinin bu dəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin “Bədii quruluş” proqramının kuratoru Əddis Hacıyevdir.

YARAT-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, aprelin 26-da YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir zamanı Moskva kino məktəbinin tələbələrinin ərsəyə gətirdikləri işlər təqdim olunacaq. Tədbir çərçivəsində onun “İdrak” adlı qısametrajlı filmi nümayiş ediləcək.

“Film 2021-ci ildə Türkiyədə keçirilən “Efeler Uluslararası Çevre Film Günleri” festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanıb. Nümayişdən sonra həmçinin Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.