Press "Enter" to skip to content

Dörd milyon yarıma yaxın müraciət

Son yeniləmə: 14 Aprel 2022 10:22

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin əvvəlindən daha 4 milyon 445 mindən çox müraciət qeydə alınıb.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 155 min 283-ə çatıb.

Mission News Theme by Compete Themes.