Press "Enter" to skip to content

Daha bir qrup şəxsə aktivlər verilib

Son yeniləmə: 14 Aprel 2022 18:07

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə daha bir qrup şəxs aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılıb.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib. Bununla da proqram çərçivəsində aktivlərlə təmin olunan şəxslərin sayı 1 min 785-ə çatıb.

“Layihəyə cəlb olunanların mühüm bir qismi müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir. Proqram 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur”, – deyə, məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.