Press "Enter" to skip to content

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olundu

COVID-19 pasportu

Bayraqdar.info – Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

– Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

– Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Bu barədə aprelin 14-də bayraqdar.info-ya Nazirlər Kabinetindən məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Mission News Theme by Compete Themes.