Press "Enter" to skip to content

Aprelin 15-də hava belə olacaq

Buludlu hava

Son yeniləmə: 14 Aprel 2022 13:25

Bayraqdar.info – Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən aprelin 14-də bayraqdar.info-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

“Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

“Havanın temperaturu gecə 6-10 dərəcə, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.