Press "Enter" to skip to content

Ana dilində təhsil türkmənlərin konstitusion haqqıdır

Son yeniləmə: 14 Aprel 2022 10:16

Bayraqdar.info – “Ana dilində təhsil türkmənlərin İraq konstitusiyası tərəfindən tanınan qanuni haqqıdır”.
Bunu İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan deyib.

Türkmeneli TV xəbər verir ki, H.Turan və rəhbərlik etdiyi heyət Diyale əyalətini ziyarət edib. Orada İTC-nin yerli şöbəsində olan H.Turan şöbə sədri Usame Nazim Dede tərəfindən qarşılanıb.

Səfər çərçivəsində Mendeli nahiyəsi və tarixi Cəmil qalasını da ziyarət edən H.Turan sonra Kazaniye nahiyəsinə gedib.

Görüşlərdən sonra Mendelidə türkmənlərlə iftar proqramına qatılan İTC sədri oradakı çıxışında bir sıra maraqlı məqamlara toxunub. Ana dilində təhsilin türkmənlərin konstitusion haqqı olduğunu deyən H.Turan daha sonra bildirib: “İraq Türkmən Cəbhəsi bütün türkmən bölgələrinə xidmətini davam etdirəcək. İraq Türkmən Cəbhəsi İraqdakı türkmən bölgələrinin milli özəlliyini qorumaq planı çərçivəsində Mendelidə türkmən məktəbinin açılmasına dəstək verəcək”.

Mission News Theme by Compete Themes.