Son yeniləmə: 14 Aprel 2022 18:11
Bayraqdar.info – Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Bu barədə bayraqdar.info-ya qurumdan bildirilib.
Məlumata əsaəsn, indiyədək ölkə ərazisində 58 min 095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bildirilib ki, 2022-ci ilin yanvar-martaylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur.