Press "Enter" to skip to content

“Ən yaxşı snayper” adı uğrunda yarış – VİDEO

Snayperçilər

Son yeniləmə: 14 Aprel 2022 08:53

Bayraqdar.info – 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

“Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır. Yarış aprelin 15-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.