Press "Enter" to skip to content

Tələbələrin yaz düşərgəsi bu dəfə Qubada olacaq

Tələbələrin yaz düşərgəsi

Son yeniləmə: 13 Aprel 2022 12:17

Bayraqdar.info – Aprelin 29-dan mayın 3-nə qədər Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada tələbələrin yaz düşərgəsi təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya aprelin 13-də Təhsil Nazirliyindən xəbər v erilib. “Düşərgədə iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədək linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə keçiriləcək test imtahanında uğur qazanmalıdırlar.

“Qeyd edək ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.