Son yeniləmə: 13 Aprel 2022 16:39
Yeganə Hacıyeva: Bunun bır sıra səbəbləri var
Bayraqdar.info – “Beynəlxalq təşkilatların Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul etməsinin bır sıra səbəbləri var”.
Bunu politoloq Yeganə Hacıyeva Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışına münasibət bildirərkən deyib.
Xatırladaq ki, dövlət başçısı sözügedən çıxışında, “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər”, deyə bildirib.
Prezident qeyd edib ki, ilk növbədə BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilib. “Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”, deyən dövlət başçısı onu da bildirib ki, Şuşa şəhərində bu tədbirin xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olub.
Beləliklə, bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsi məsələsinə toxunan Y.Hacıyeva bayraqdar.info-ya açıqlamasında, “Məsələ ondadır ki, Azərbaycanın uzun illərdir regional və qlobal səviyyədə sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün platforma rolunu oynamaq, dünyada sülhün və əminamanlığın bərqərar olmasına öz töhhfəsini vermək ənənəsi var. Uzun illər ölkəmiz çoxsaylı beynəlxalq və regional formatlarda idman, mədəniyyət yarışlarına ev sahibliyi edib”, deyib.
Onun sözlərinə görə, Azərbaycan planetin qaynar ocaqları, münaqişə ilə üzləşən ölkələr və belə münaqişlərin həll və idarə olunmasında marağı olan tərəflər üçün platforma rolunu oynayıb: “Azərbaycan beynəlxalq humanitar, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik mövzularında tədbirlərin təşəbbüskarı və təçkilatçısı olub. Şərqlə Qərbin kəsişməsində mədəniyyətlər və dinlərarası körpü rolunu oynayıb”.
Y.Hacıyevanın sözlərinə görə, bu kontekstdə Azərbaycanın mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında təşəbbüskar olmasını və digər məqamları da vurğulmaq yerinə düşər.