Press "Enter" to skip to content

Nazir: Uşaq bağçalarının ilkin məlumatları toplanılıb

Emin Əmrullayev

Son yeniləmə: 13 Aprel 2022 15:19

Bayraqdar.info – Təhsil Nazirliyi uşaq bağçalarının təchizatı və təminatı məsələləri ilə məşğuldur. Nazirliyin nümayəndələri ölkədəki 1 min 600-dən artıq uşaq bağçasında olub, ilkin məlumatları toplayıblar.

Bunu təhsil naziri Emin Əmrullayev aprelin 13-də jurnalistlərə açıqlamasında deyib. Nazir deyib: “Uşaq bağçaları ilə bağlı proses daha çox diaqnostik mərhələdədir. İlkin məqsədimiz bağçaların fəaliyyətinin öyrənilməsi, orada əsasən tədris və təhsil, o cümlədən uşaqların qidalanması ilə bağlı təchizat və təminat məsələlərinə dair məlumatları toplamaqdır. Burada vahid məlumat bazası olmadığı üçün proses ləngiyir”.

Mission News Theme by Compete Themes.