Press "Enter" to skip to content

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında elmi-praktik konfrans

Son yeniləmə: 13 Aprel 2022 11:51

Bayraqdar.info – Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 30 illik yubileyinə həsr olunmuş “Şəkərli diabet xəstəliyi, müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyindən aprelin 13-də bayraqdar.info-ya verilən məlmatda bildirilir ki. əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Elmi-praktik konfransın proqramına əsasən “Şəkərli diabet xəstəliyinin epidemiologiyası, etiologiyası, klinika və diaqnostikası” mövzusunda məruzələr dinlənilib.

“Sonra Heydər Əliyev Fondu tərəfindən şəkərli diabetə qarşı mübarizədən, bu istiqamətdə görülən işlərdən, habelə xəstəlikdən əziyyət çəkən aztəminatlı ailələrə fondun dəstəyindən bəhs edən videoçarx təqdim olunub.

“Sonda məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.