Son yeniləmə: 13 Aprel 2022 15:00
Bayraqdar.info – 2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barrel olub. Bunun 579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat təşkil edib.
Bu barədə bayraqdar.info-ya aprelin 13-də Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.