Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxanaya xarici ölkələrdən nəşrlər

Mərkəzi Elmi Kitabxana

Son yeniləmə: 13 Aprel 2022 15:26

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.

AMEA-dan sprelin 13-də bayraqdar.info-ya bildirilib ki, Kitabxanaya Türkiyə, Rusiya, Niderland və Fransadan ətraf mühit, geologiya, iqlim, riyaziyyat, ictimai elmlər və başqa sahələri əhatə edən nəşrlər daxil olub.

“Beynəlxalq mübadilənin intensiv aparıldığı qurumlar sırasında Potsdam Universitet Kitabxanası, Senkenberq Nəşr Mübadiləsi, Leibniz Assosiasiyası, Şotlandiya Milli Kitabxanası, Sloveniya Elmlər Akademiyasının Kitabxanası, Yaponiyanın Riyaziyyat və Neft Kimya Cəmiyyəti, Fransanın Botanika İnstitutunu qeyd etmək olar”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.