Press "Enter" to skip to content

Dövlət Film Fondunda Xalq artisti Eldar Quliyevin xatirəsi anılacaq

Eldar Quliyev

Son yeniləmə: 13 Aprel 2022 16:39

Bayraqdar.info – Aprelin 15-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək.

Fonddan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə E.Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii film – fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu…” filmləri nümayiş olunacaq.

“Anım tədbiri aprelin 15-i saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.

Mission News Theme by Compete Themes.