Son yeniləmə: 13 Aprel 2022 10:53
Bayraqdar.info – Milli Hidrometeorologiya Xidmətinin verdiyi xəbərə görə aprelin 13-ü saat 05:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi qərb rayonlarında tədricən səngiyir, Bakıda isə küləyin sürəti artır.
Xidmətdən bayraqdar.info-ya bildiriblər ki, küləyin ani maksimal sürəti Naftalanda 20, Neftçala, Biləsuvarda 12 metr/saniyəyə çatır.
“Bakıya və Abşeron yarımadasına gəlincə, küləyin sürəti Bakıda saniyədə 28, Maştağada 19, Neft Daşlarında 20, Çilov adasında 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrdir.
“Şimal-qərb küləyinin aprelin 13-ü səhər saatlarında bəzi yerlərdə 18-23, arabir 25-28, gündüz isə 15-18 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir”, – deyə xəbərdə bildirilir.