Son yeniləmə: 13 Aprel 2022 14:57
Bayraqdar.info – Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi başlayır.
Azərbaycan Boks Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qitə birinciliyinə oğlanların mübarizəsində Azərbaycan millisi tam heyətlə qatılacaq.
“Yarışda komandanın üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) iştirak edəcəklər. Avropa birinciliyi aprelin 22-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.