Press "Enter" to skip to content

Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq

Toz dumanı

Son yeniləmə: 13 Aprel 2022 11:59

Bayraqdar.info – Aprelin 12-də axşam saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib. Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib:

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”.

Xidmətdən bayraqdar.info-ya aprelin 13-də verilən xəbərdə bildirilir ki, G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.