Press "Enter" to skip to content

ABŞ Prezidenti ölkəsində internetin yoxluğundan şikayətləndi

Cozef Bayden

Bayraqdar.info – ABŞ Prezidenti Cozef Bayden aprelin 12-də Ayova Ştatına səfəri zamanı internetlə bağlı durumun narahatlıq yaratdığına diqqət çəkib. O, özünün sosial media hesabında bu məsələyə diqqət çəkərək ümumilikdə ölkədə internet məsələsini kökündən həll etmək üçün tədbirlər görüləcəyini deyib.

“Mən bu gün Ayovada idim. Orada evlərin 16 faizində internet abunəçiliyi yoxdur. Bəzi yerlərdə isə ümumiyyətlə yüksək sürətli internet infrastrukturu yoxdur. “İkitərəfli infrastruktur qanunu” bütün ölkə boyu interneti sərfəli və əlçatan edəcək”, – deyə C.Bayden yazıb.

Mission News Theme by Compete Themes.