Bayraqdar.info – Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 193 086 elektron arayış verilib.
Bu barədə bayraqdar.info-ya aprelin 13-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış növü istifadəyə verilib. Bu e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.
Qeyd edilib ki, hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən ilin birinci rübündə nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 55 milyon 446 min 674 olub.