Son yeniləmə: 12 Aprel 2022 09:16
Bayraqdar.info – Aprelin 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Agentliyin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı müsabiqə ilə bağlı məlumat verib: “50-dən çox QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsində iştirakla bağlı tələblər, Agentliyin QHT-lərdən gözləntiləri, layihələrin təqdim olunma qaydası və müddəti, layihələrin qiymətləndirmə meyarları haqqında məlumatlar iştirakçılara təqdim olunub”.
Qeyd edilib ki, tədbirin sonunda Elnur Bağırlı və Agentliyin Baş mühasibi Ramiz Əliyev qeyri-hökumət təşkilatlarının müsabiqə ilə bağlı suallarını cavablandırıb.