Son yeniləmə: 12 Aprel 2022 14:49
Bayraqdar.info – “Sabah”ın U-10 komandası Gürcüstanın paytaxtında keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində uğurla çıxış edib.
Bayraqdar.info-ya klubdan verilən xəbərdə bildirilir ki, 6 komandanın iştirakı ilə 1 dövrəli sistem üzrə keçirilən turnirdə ölkəmizdən “Sabah” və “Vətən”lə yanaşı, Gürcüstanın “Saburtalo”, “Saburtalo-2”, “Selero”, Qazaxıstanın “Spartak Junior” komandaları iştirak ediblər. Bütün oyunlarını qələbə ilə başa vuran “Sabah” turnirin qalibi olub.
“Turnirdən sonra “Sabah” “Dinamo” (Tbilisi, Gürcüstan) ilə yoxlama oyununda qüvvəsini sınayıb. Görüş komandamızın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda Bakı təmsilçisinin heyətində Fərid Həsənli (4) və Nazim Əliyev fərqləniblər”, – deyə xəbərdə qeyd edilir.