Press "Enter" to skip to content

Güneydən hayqırtı: Sən yaşa, Azərbaycan

Son yeniləmə: 12 Aprel 2022 11:32

Bayraqdar.info – Urmiyada şəhərin “90” komandası ilə Yəzd şəhərinin “Fulad Novin” komandası arasındakı futbol oyunu maraqlı anlarla yadda qalıb. Məsələ burasındadır ki, oyun zamanı azarkeşlər Azərbaycan və türklüklə bağlı, o cümlədən İranın bəzi məsələlərə dair siyasətinə etiraz olaraq şüarlar səsləndiriblər.

Araz News xəbər verir ki, azarkeşlərin “Haray, haray, mən Türkəm”, “Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan; eybi yoxdur, ölərəm mən, sən yaşa, Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Azərbaycan qızları, göylərin ulduzları”, “Türk dilində mədrəsə, olmalıdı hər kəsə” və “Nə Qəzzə, nə Lübnan, canımdır Azərbaycan” kimi şüarları ilə stadion cuşa gəlib.

Onu da qeyd edək ki, oyun Urmiya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.