Press "Enter" to skip to content

“Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim ediləcək

Qarabağ Azərbaycandır

Son yeniləmə: 12 Aprel 2022 12:40

Bayraqdar.info – Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunacaq.

Mərkəzdən bayraqdar.info-ya bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə reallaşacaq layihədə görkəmli xanəndələr, musiqi xadimləri və Dövlət Rəqs Ansamblının çıxışları nəzərdə tutulub.

“Vətən müharibəsində qələbənin pozitiv ruhlarına köklənən gecədə dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri iştirak edəcək. Tədbirə giriş dəvətnamə ilədir”, – deyə Mərkəzdən bildirilib.

Mission News Theme by Compete Themes.