Press "Enter" to skip to content

Özbəkistanda Azərbaycan Mədəniyyət günləri

Özbəkistanda Mədəniyyət günləri

Son yeniləmə: 12 Aprel 2022 16:32

Bayraqdar.info – Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir Özbəkistan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, mərasimdə Azərbaycandan gələn geniş nümayəndə heyəti ilə yanaşı, Özbəkistanın elm, mədəniyyət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında dahi şairin büstü önünə çiçəklər qoyulub. Universitetin rektoru, professor Abduqaffor Kırqızbayev Azərbaycan və Özbəkistan arasında tarixi dostluq haqqında danışaraq, Universitetin tarixi haqqında məlumat verib. O, 1947-ci ildən bu böyük ali təhsil ocağının dahi Nizami Gəncəvinin adını daşıdığını bildirib.

“Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşfiq Cəfərov çıxış ediblər.  Onlar Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd ediblər.

A.Marifli bildirib ki, Azərbaycanın Mədəniyyət  naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru A.Kırqızbayev “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə rektora təqdim edilib.

“Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alim Kərimulla Məmmədzadə ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.