Press "Enter" to skip to content

Nazirliklər Xaçmazda müşavirədə

Xaçmaz şəhəri

Son yeniləmə: 12 Aprel 2022 12:59

Bayraqdar.info – Xaçmaz rayonunda üç nazirliyin iştirakı ilə ölkə ərazisində yanğınlara qarşı mübarizə mövzusunda regional müşavirə keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə FHN, ETSN və KTN-nin Regional bölmələri, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Abşeron və Sumqayıt şəhər və rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri, ərazi icra nümayəndələri, bələdiyyələr və fermerlər iştirak edirlər.

“Ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliyinin artırılmasına həsr olunmuş müşavirənin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.