Son yeniləmə: 12 Aprel 2022 14:50
Bayraqdar.info – “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə təhsil naziri əmr imzalayıb. Bu barədə aprelin 12-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmrə əsasən Nazirlik tərəfindən 1998-ci ildə təsdiq edilən “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 2012-ci il 10 iyul tarixli 1329 nömrəli əmri ilə təsdiq olunan “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin edəcək.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.