Son yeniləmə: 12 Aprel 2022 12:00
Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev aprelin 22-də Şəmkir şəhərində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbulda iştirak etmək üçün qeydiyyat aprelin 12-də yekunlaşır.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan şəhər və rayonların sakinləri aprelin 12-si saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
“Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Həmin şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
“Qeyd edək ki, qəbulun keçirildiyi məkanda müvafiq sanitar-gigiyenik normalara əməl olunmalıdır”, – deyə xəbərdə bildirilir.