Press "Enter" to skip to content

CV yarat platformasında qeydiyyatdan keçənlər

Son yeniləmə: 12 Aprel 2022 15:39

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan www.cvyarat.az platformasına müraciətlərin sayı artmaqda davam edir.

Bu barədə bayraqdar.info-ya aprelin 12-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin ötən dövrü ərzində platformada 27 min 463 şəxs qeydiyyatdan keçib və 13 min 753 nəfər platforma üzərindən CV tərtib edib. Ötən ildən etibarən isə istifadədə olan sistemdə ümumilikdə 32 min 669 nəfər qeydiyyatdan keçib.

Məlumatda bildirilib ki, platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub: “Məqsəd vahid və etibarlı CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır”.

Məlumata əsasən, istifadəçilər portalda qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.

Platformadan istifadə ödənişsizdir.

Mission News Theme by Compete Themes.