Son yeniləmə: 12 Aprel 2022 14:20
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində DOST İş Mərkəzi respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabatı nəzərə alaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, işə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işlərini yerinə yetirəcəklər. Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı da əldə edəcək.
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.