Press "Enter" to skip to content

Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə

Kərim Vəliyev

Son yeniləmə: 12 Aprel 2022 16:31

Bayraqdar.info – Aprelin 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Mission News Theme by Compete Themes.