Press "Enter" to skip to content

Avropa Badminton Konfederasiyasının konqresi 2023-cü ildə Bakıda keçiriləcək

Son yeniləmə: 12 Aprel 2022 18:38

Bayraqdar.info – Maltanın paytaxtı Valettada keçirilən Avropa Badminton Konfederasiyasının illik konqresi başa çatıb. Konqresdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Azərbaycan Badminton Federasiyasının aprelin 12-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, iki gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib.

“ABK-nın nümayəndə heyətlərinin növbəti – sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyalarının prezidentləri ölkəmizə səfər edəcəklər”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.