Press "Enter" to skip to content

Məskunlaşmamış çoxmənzilli binalar da satılacaq

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 12 Aprel 2022 17:03

Bayraqdar.info – “Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğu müddətdə hökumət tərəfindən məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət hesabına çoxmənzilli binalar inşa edildi. Bu binalar məhz məcburi köçkün dövründə yaşamaq üçün vətəndaşlara təklif edilirdi. Binaların bir qismində məcburi köçkünlər məskunlaşıb yaşayırdılar. Eyni zamanda, bir sıra çoxmənzilli binalar var ki, onlar inşa edilsə də, məskunlaşma yoxdur. Bu da təbii ki, böyük qayıdışla bağlıdır. Çünki həmin vətəndaşlar artıq böyük qayıdış çərçivəsində öz ata-baba yurdlarına qayıdacaqlar”.

Bu sözləri bayraqdar.info-ya Prezident İlham Əliyevin aprelin 11-də imzaladığı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanı şərh edərkən millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, məqsəd həmin mənzillərin realizə edilməsinə nail olmaqdan ibarətdir. Amma ümumi məqsəd həmin mənzillərin satışından əldə edilən gəlir hesabına şəhid ailələri və Qarabağ qazilərinin  mənzil və sosial təminatının yaxşılaşdırılmasına xidmət edir.

“Nəzərə alaq ki, Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada bu mənzillərin satışı həyata keçiriləcək. Burada elektron qaydada həm müraciət, həm də satışın həyata keçirilməsi nəzərdə tutulur. Proses  elektronlaşdırıldığı üçün təbii ki, şəffaf şəkildə satışın təşkil edilməsi əsas priotitetlərdəndir. Bu baxımdan da məqsəd əldə edilən gəlirin Nazirlik tərəfindən bizim üçün vacib olan əhali qrupunun – şəhid və Qarabağ qazilərinin sosial təminatının, o cümlədən mənzil təminatının yaxşılaşdırılmasına yönəldilməsindən ibarətdir.

“Bu baxımdan əldə edilən vəsait birmənalı şəkildə vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması üçün istifadə ediləcək. Ona görə də bu Fərman və ondan irəli gələn tədbirlər də sosial əhəmiyyət daşıyır”, – deyə deputat bildirib.

Yerlərdə şəhid ailələri və qazilər üçün evlər tikiləcək

Mission News Theme by Compete Themes.