Son yeniləmə: 11 Aprel 2022 13:59
Bayraqdar.info – “Xəzər türklərinin tarixindən bəhs edən sayca 6-cı, “Curtus Lupus-Kurdun ölümü” adlı kitabım da işıq üzü gördü. İstədim ki, bu sevincimi yaradıcılığıma xüsusi diqqət ayıran bayraqdar.info ilə bölüşüm”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında hazırda İzmirdə yaşayan, dəyərli ziyalılardan Nadir Doğan bildirib. Xatırladaq ki, 2021-ci ilin dekabrında bayraqdar.info-ya müsahibəsində N.Doğan bu günə kimi beş kitabının işıq üzü gördüyünü, 6-cının isə çapa hazır olduğunu bildirmişdi. Beləliklə, 6-cı kitab da oxucularla görüşə gəlib.
Nadir Doğan: Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki…
Bəs, 6-cı kitabda nədən bəhs edilir? Bu sualımızı cavablandıran müəllif dedi: “Turya (Troya) müharibəsinin olduğu eramızdan əvvəl 1200-cü illərdə Aralıq dənizi ətrafında və Anadolu torpaqlarında baş verənlər haqqında Herodot, Strabon, Dionysius, Pilinius, Titus Livius kimi antik dövrün məşhur tarixçilərindən az-çox öyrənə bilərik. Ancaq bütün bu bir-birindən qiymətli insanlar və əsərlər əslində bizə yalnız eramızdan əvvəl 1200-cü illərdə baş verənləri yunanların və latınların gözü ilə çatdırıtrlar. Halbuki dünya tarixini formalaşdıran hadisələrin baş verdiyi həmin vaxtlarda sözügedən torpaqlarda başqa bir tayfa da var idi: Türkanlar (Etrüskler). Qələmə aldığım “Curtus Lupus-Kurdun Ölümü”nəd məhz o dövrlərdə baş verənləri türk soylu türkanların gözü ilə izah edərək, tam 3500 il sonra çatışmayan parçanı tamamlayır”.
Məlumat üçün bildirək ki, N.Doğan digər kitablarını yazarkən olduğu kimi, bu dəfə də arxalarında silinməz izlər qoyan Homer, Vergili Maron və Dədə Qorqudu təhlil edərək ortaya dəyərli bir tarixi əsər çıxarıb.
N.Doğan onu da qeyd etdi ki, bu kitabı İzmirin Kutlu yayın evində işıq üzü görüb. Artıq müəllif bu yayın evi ilə əmkdaşlıq edir və əvvəlki 5 kitabı da (“Togarmanın cocukları” , “Kuzeyə yolçuluk”, “Altın bozkırlar”, “Curtus Lupus – Baron” və “Curtus Lupus – Kurdun izinde) orada təkrar nəşr edilib.