Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxananın fondu yeni kitablarla zənginləşir

Geologiya və Geofizika İnstitutu

Son yeniləmə: 11 Aprel 2022 11:34

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən “Faydalı qazıntıların kəşfiyyatı və dağ mədən sənayesinin əsasları” adlı yeni kitab daxil olub.

Bu barədə bayraqdar.info-ya aprelin 11-də MEK-dən məlumat verilib. Bildirilib ki, kanadalı geoloq Robert Stivensin müəllifi olduğu kitabda Azərbaycan ərazisində zəngin filiz yataqlarınının öyrənilməsi, dağ-mədən sənayesi, geologiya, faydalı qazıntı yataqları və onların kəşfiyyatı, tədqiqi, materialların emalı və satışı, həmçinin mövzuya aid digər məlumatlar öz əksini tapıb. Kitab kadr hazırlığı, beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyalarının tədrisi ilə məşğul olan tədqiqatçılar, geoloqlar, tələbə və magistrlər üçün dəyərli vəsaitdir.

Mission News Theme by Compete Themes.