Press "Enter" to skip to content

Kürdə əlavə su ötürücü nasos stanasiyalar quraşdırlır

Son yeniləmə: 11 Aprel 2022 10:43

Bayraqdar.info – Hazırda Sabirabad rayonunda əkin sahələrinin suvarılması aparılır.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Qeyd edilib ki, bu işlər Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir: “67 min 210 hektardan artıq suvarılan əkin sahəsinə xidmət edən idarə fermerlərin suya olan təlabatını vaxtında təmin etmək üçün müvafiq tədbirlər görür.Hazırda əkin suvarma mövsümü olmasını nəzərə alan melioratorlar tarlalara vaxtında su verilməsinə çalışır. Artıq idarənin balansında olan 40 min hektardan çox əkin sahəsinin suvarılması təmin edilib. Bura həm taxıl, həm yonca sahələri daxildir. Eləcə də pambıq və bostan bitkilərinin əkiləcəyi sahələrin də arat olunması vaxtında təmin olunur”.

“Bundan başqa Sabirabad Suvarma Sistemləri idarəsi tərəfindən mövcud su qıtlığı dövründə su itkisinin qarşını almaq və suvarma suyunu su istifadəçilərinə çatdırmaq üçün torpaq kanalların beton kanallarla əvəz edilməsi istiqamətində xeyli işlər görülüb. Bu istiqamətdə həm ötən il, həm də bu il bir neçə layihə icra olunub. Bu işlər gələcəkdə də davam etdiriləcək. Sabirabad rayonunda əsas su mənbələrindən birincisi Kür çayıdır. Kür çayından sahələrə su mexaniki üsul ilə ötürülür. Hazırda Kürdə suyun səviyyəsinin aşağı olması nəzərə alınaraq əlavə su ötürücü nasos stanasiyalar quraşdırlır. Həmin nasos stansiyaları vasitəsi ilə əkin sahələrinin su təminatı daha da yaxşılaşdırılacaq.

“Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında 2 min 310 km-dən artıq uzunluğunda suvarma kanalı, 3 min 45 km uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur. 2021-ci ildə idarə tərəfindən 1161 km suvarma kanalı, 434 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənilib, – deyə, o, daha sonra əlavə edib.

Mission News Theme by Compete Themes.