Son yeniləmə: 11 Aprel 2022 10:43
Bayraqdar.info – AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi (GGİ) şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.
AMEA-dan bayraqdar.info-ya verilən xəbərə görə, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.
“Həmçinin, yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb”, – deyə xəbərdə bildirilir.