Press "Enter" to skip to content

Dərslik layihələrinə dair ictimai rəy öyrənilir

Təhsil Nazirliyi

Son yeniləmə: 11 Aprel 2022 10:52

Bayraqdar.info – 2022-2023-cü tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə dərslik komplektlərinin layihələri saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər elektron ünvanına da göndərilə bilər.

“Nazirlik elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.