Press "Enter" to skip to content

Cahit Bağcı: Bu missiyanı gələcək nəsillərə də ötürməliyik

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı

Son yeniləmə: 11 Aprel 2022 14:25

Hüseyn Büyükfırat: İş adamları, dövlət rəsmiləri və şəhid ailələri ilə bir araya gəlməkdən məmnunuq

Bayraqdar.info – “Türkiyə-Azərbaycan əlaqələri prezidentlərin güclü iradəsi sayəsində dünyada tayı-bərabəri olmayan bir nöqtəyə çatıb”.

TÜİB başqanı Hüseyn Büyükfırat

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dedi.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) aprelin 10-da təşkil etdiyi iftar məraismindəki çıxışında səfir bir sıra vacib məqamlara toxundu. Diplomat Türkiyə ilə Azərbaycan arasındakı əlaqlərin bütün türk dünyası üçün nümunə təşkil etdiyini dedi.

C.Bağcı Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı əməkdaşlığın müttəfqilik səviyyəsinə çıxdığını bildirdi: “Ümumiyyətlə Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında hər bir sahədə güclü əməkdaşlığın qurulması və dərinləşdirilməsi vacibdir. Bizim bizdən başqa dostumuz yoxdu. Bunun ən gözəl nümunəsi 30 illik problemin ancaq bərabər olunca həll edilməsi, Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Qarabağ zəfərinin ələd edilməsidir”.

C.Bağcı dedi ki, türklərin bir-biri ilə əlaqələrinin daha da dərinləşməsi üçün davamlı səylər göstərilir: “Türk Dövlətləri Təşkilatının “Türk dünyası baxış-2040” sənədi yol xəritəmizdir və biz bu planı həyata keçirmək üçün çox çalışmalıyıq. Biz bu missiyanı gələcək nəsillərə də ötürməliyik”.

Çıxışında TÜİB-in gördüyü işləri də təqdir edən səfir qurumun fəaliyyətlərini yaxından izlədiyini qeyd etdi. O, bu kontekstdə TÜİB-in şəhid övladlarının təhsil haqlarının ödənilməsi istiqamətində atlan addımları xüsusilə vurğuladı: “Ümumiyyətlə türk iş adamları sosial xarakterli layihələrə hər zaman həssaslıqla yanaşırlar”.

Qeyd edək ki, TÜİB başqanı H.Büyükfıratın ev sahibliyi ilə təşkil edilən iftarda səfir C.Bağcı ilə yanaşı səfirliyin müşavirləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə qurumlaırnın təmsilçiləri, türk iş adamları, Azərbaycanın millət vəkilləri, iş adamları, şəhid ailələri və media nümayəndələri iştirak edirdi.

Məraismdə çıxış edən TÜİB başqanı Hüseyin Büyükfırat COVID-19 səbəbilə 2 illik fasilədən sonra iş adamları, dövlət rəsmiləri və şəhid ailələri ilə bir araya gəlməkdən məmnun olduğunu ifadə etdi.

TÜİB başqanı məraismdə həmçinin rəhbrəlik etdiyi qurumun reallaşdırdığı sosial layihələr, o cümlədən  Qarabağın yenidən dirçəldilməsi istiqamətində həyata keçirdikləri layihələrə dair təqdimatla çıxış etdi.

Mərasimdə həmçinin “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformanın təşəbbüskarlarından biri, millət vəkili Ramin Həsən də çıxış etdi. Çıxışında layihə barədə də məlumat verən R.Həsən bu çərçivədə 2 mindən çox şəhid və qazi ailələrinin ziyarət edildiyini bildirdi. O, bu işə böyük əmək sərf edən TÜİB rəhbərliyinə təşəkkür edərək, əməkdaşlığın davam edəcəyini vurğuladı.

Sonda sözügedən layihə çərçivəsində şəhid və qazi ailələrinə yardım edən türk iş adamlarına təşəkkür plaketləri təqdim edildi və xatirə fotosu çəkildi.

Mission News Theme by Compete Themes.