Son yeniləmə: 11 Aprel 2022 10:30
Bayraqdar.info – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qəbələ rayonunda təşkil olunacaq.
Bu barədə bayraqdar.info-ya aprelin 11-də qurumdan xəbər verilib.
“Məlumata görə, “Azəriqaz”ın rəhbər şəxsləri Qəbələ şəhəri, Zərifə Əliyeva parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
““Səyyar qəbul otağı” aprelin 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək”, – deyə xəbərdə qeyd edilir.