Press "Enter" to skip to content

Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk qızıl medal

Olimpiada

Son yeniləmə: 11 Aprel 2022 14:13

Bayraqdar.info – Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) keçirilib. Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirildiyinə görə, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

“”Məktəblilər olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.