Press "Enter" to skip to content

Avropa mediasında mina problemindən bəhs edilib

Son yeniləmə: 11 Aprel 2022 17:23

Bayraqdar.info – Britaniya, Almaniya və Avropanın digər ölkələrinin mediasında Azərbaycandakı mina problemləri ilə bağlı İsveçrədə keçirilmiş tədbir geniş işıqlandırılıb.

Bu barədə bayraqdar.info-ya aprelin 11-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məluamta əsasən, “Azərbaycanda minaların təmizlənməsi üzrə Cenevrədə tədbir keçirilib”, “Azərbaycanda piyada əleyhinə minaların beynəlxalq problemlərinə həsr olunmuş İsveçrə konfransı” və “Hüquq və İnkişaf İnstitutu Azərbaycandakı minaların məhvi ilə bağlı tədbir keçirir” sərlövhəli yazılarda bildirilib ki, Cenevrə Beynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) aprelin 4-də “Azərbaycanda minaların məhvinə aparan yol: beynəlxalq çağırış” mövzusunda konfrans keçirib.

Qeyd edilib ki, Beynəlxalq Mina Xəbərdarlığı Gününə həsr olunmuş tədbir Azərbaycandakı minaların məhv edilməsinin vacibliyi barədə məlumatlılığın artırılması məqsədilə təşkil edilib. IRDG minaların və müharibənin partlayıcı qalıqlarının zərərsizləşdirilməsi, təhlükəli ərazilərin işarələnməsi və əhatəyə alınması səylərinin dəstəklənməsinə ümid etdiyini bildirib: “Məlumatlarda IRDG katibi Ruçard Belliti, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) baş direktoru Nidal Səlim və Davamlı İnkişaf Məqsədləri üzrə Gənclər Parlamentinin (YPSDG) icraçı direktoru Noa Karrinin fikirlərinə yer verilib. Azərbaycana səfərləri zamanı işğal dönəmində Qarabağdakı şəhər və kəndlərin viran qoyulduğunun, rəsmi Bakının həmin ərazilərdəki minaların təmizlənməsi, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün tikinti, yenidənqurma və bərpa işləri apardığının şahidi olduqlarını vurğulayan natiqlər beynəlxalq ictimaiyyəti minaların təmizlənməsi məsələsində ölkəmizə güclü dəstək göstərməyə çağırıblar”.

Mission News Theme by Compete Themes.