Press "Enter" to skip to content

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclis

Son yeniləmə: 9 Aprel 2022 14:14

Bayraqdar.info – Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Bayraqdar.info-ya aprelin 9-da MM-dən verilən məlumatda bildirilir ki, Parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək. İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

– “Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

– “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

– Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

– Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Mission News Theme by Compete Themes.