Son yeniləmə: 9 Aprel 2022 14:25
Bayraqdar.info – Baş Prokurorluğun mətbuat xidmətindən bayraqdar.info-ya verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub. Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.