Press "Enter" to skip to content

Baş Prokurorluq gecə klubunda baş verən partlayışla bağlı istintaqı davam etdirir

Baş Prokurorluq

Son yeniləmə: 9 Aprel 2022 12:53

Bayraqdar.info – Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib. Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

 

 

Mission News Theme by Compete Themes.